Qarabağda bərpası nəzərdə tutulan abidələrin siyahısı açıqlanıb

Qarabağda bərpası nəzərdə tutulan abidələrin siyahısı açıqlanıb
# 19 may 2022 15:05 (UTC +04:00)

"Münaqişədən sonra biz bərpa və yenidənqurma mərhələsinə başlamışıq. Buradakı mədəni irs Azərbaycandakı mədəni müxtəlifliliyi əks etdirir".

APA xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, artıq Qarabağda bir sıra abidələrin bərpası prosesi başlayıb: "Biz artıq Ağdam Cümə məscidinin və Xocavənd və Tərtər rayonlarındakı xristian abidələrinin bərpasına başlamışıq".

Emin Hüseynov gələcəkdə bərpası nəzərdə tutulmuş mədəni irslərin də adını çəkib: "Eyni zamanda, Xurşudbanu Natəvanın heykəlinin, Nizaminin məşhur qəhrəmanı olan Fərhadın Ağdamdakı heykəlinin, İmarət sarayının və İmarət stadionunun bərpasını da planlaşdırmışıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR