“Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər” adlı ədəbi-bədii gecə keçirilib

“Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər” adlı ədəbi-bədii gecə keçirilib
  • Clock-gray 17:13
  • calendar-gray 23 Sentyabr 2019

Sentyabrın 22-də Qala Qoruğu ərazisindəki Etno evdə “Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər” adlı ədəbi-bədii gecə keçirilib. 

APA-nın məlumatına görə, tədbir “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQ) tərəfindən təşkil olunub. 

Gecə Nəsiminin yaradıcılığına həsr olunub. Gecədə sufi və  təsəvvüf fəlsəfəsinin davamçısı, ney və pianonun mahir ifaçısı, səma rəqsləri qrupunun rəhbəri Hakan Mengücün musiqiləri gecəyə xüsusi gözəllik və rəng qatıb.

Gecənin sonunda Əməkdar artist Tünzalə Ağayeva pianoda Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısını ifa edib. 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date