Qobustan Milli Tarixi-Bədii Qoruğunda ukraynadilli audiobələdçi işə salınıb - VİDEO

Qobustan Milli Tarixi-Bədii Qoruğunda ukraynadilli audiobələdçi işə salınıb - VİDEO
# 03 sentyabr 2022 11:47 (UTC +04:00)

Qobustan Milli Tarixi-Bədii Qoruğunda ukraynadilli audiobələdçi işə salınıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Facebook" hesabında bildirib.

Diplomat qeyd edib ki, bu, Ukraynanın Birinci xanımı Yelena Zelenskayanın təşəbbüsü çərçivəsində reallaşdırılıb.

"Bu daş dövrünə aid qiymətsiz tarixi eksponatların böyük kolleksiyasını təqdim edən açıq səma altında bir muzeydir. Qobustan qayaüstü rəsmlərinin mədəniyyət landşaftı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Layihə Ukraynanın Şamaxı şəhəri üzrə fəxri konsulu Mehrəli Qasımovun və Ukrayna Mərkəzinin bilavasitə iştirakı ilə həyata keçirilib", - səfir qeyd edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR