Qoruq İdarəsinin direktoru: "İçərişəhərdə yalnız qəzalı binaların təmirinə icazə verilir"

Qoruq İdarəsinin direktoru: "İçərişəhərdə yalnız qəzalı binaların təmirinə icazə verilir"
# 07 iyun 2019 17:52 (UTC +04:00)

"İçərişəhərdə istisna hallarda tikinti işlərinə icazə verilə bilər, ümumilikdə isə tikinti işləri qadağandır".

APA-nın məlumatına görə, bunu “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İçərişəhər daxilində tikinti bərpa işlərinə icazə birbaşa Qoruq İdarəsi tərəfindən verilir: “İçərişəhərdə tikintiyə icazə yoxdur. Lakin 2008-ci ildə təsdiq edilən qaydalara uyğun olaraq bəzi şərtlər altında bərpa işlərinə icazə verilir. Bundan başqa, yalnız qəzalı olan binanın köhnə tipologiyasının qorunması şərti ilə təmirinə icazə verilir. Başqa heç bir halda hər hansı tikinti işlərinin aparılmasına yol verilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR