Qoşa Qala qapılarında təmir-bərpa ilin sonunadək yekunlaşacaq

Qoşa Qala qapılarında təmir-bərpa ilin sonunadək yekunlaşacaq
# 07 iyun 2019 17:45 (UTC +04:00)

"Qoşa Qala qapılarında aparılan restavrasiya və konservasiya işlərinin 2019-cu ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur" .

APA-nın məlumatına görə, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov Qoruq ərazisində keçirilən press-tur zamanı deyib.

Sədr bildirib ki, son dəfə Qala qapıları 50-ci illərdə restavrasiya olunub: "Yenidən bərpa olunmasının vaxtı çatmışdı. Qala Qapılarının görünüşü olduğu kimi saxlanılaraq bərpasına üstünlük verilir".

Ə. Əkbərovun sözlərinə görə, bu il üçün həm də Qoşa Qala meydanında yerləşən Bakı Xanları Evi Kompleksinin yekunlaşması da nəzərdə tutulub: "Gələn il Buxara və Moltanı karvansaraylarının restavrasiya və konservasiyası planlaşdırılır. Eyni zamanda " Yaşıl aptek" kimi tanınan Qasım bəy hamamının da bərpaya ehtiyacı var. Lakin yekun tarix gələnilki dövlət büdcəsinin təsdiqindən asılıdır. Qoşa Qala divarlarının tamamilə bərpası uzun müddət tələb edir. Ən azı 10 ilə yaxın vaxt lazımdır".


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR