Rektor: “ADNSU-nun məzun şəhidlərinin hər birinin adına auditoriya təsis ediləcək”

"Dönməsəm, xatirəm qalsın"  tədbiri

© APA | "Dönməsəm, xatirəm qalsın" tədbiri

# 24 yanvar 2022 16:06 (UTC +04:00)

Bu gün Beynəlxalq Muğam Mərkəzində Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədova həsr edilmiş "Dönməsəm, xatirəm qalsın" adlı tədbir keçirilib

APA-nın məlumatına görə, əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca isə Azərbaycan Respublikasının dövlət himni ilə tədbir açıq elan olunub.

Tədbiri giriş sözü ilə açan aparıcı Nuranə Gülər "Kimdir Əlihüseyn" videoçarxını tədbir iştirakçılarına təqdim edib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva şəhidin arzusu və o arzunu reallaşdırmaq səylərindən danışıb: "Əlihüseynin arzusu "Əli Burger" fəstfud şəbəkəsi yaratmaq idi və biz şəhidin anası Arzu Məmmədova ilə birgə onun bu arzusunu reallaşdırmaq üçün var gücümüzlə çalışacağıq!"

Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fuad Musayev isə 44 günlük Vətən müharibəsindən və şanlı zəfərimizdən söz açaraq şəhidlərin xatirəsinin daima diqqətdə saxlamağın vacibliyini vurğulayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı isə çıxışında rəhbəri olduğu ali təhsil müəssisəsinin ümumilikdə 23 şəhid verdiyini qeyd edib və şəhidlərin hər birinin adına auditoriya təsis ediləcəyi haqda məlumat verib.

Qeyd edək ki, tədbirdə həmçinin şəhidin şəxsi əşyalarından ibarət sərgi və "Mən Əliyəm" kitabı da təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR