Şair Salam Sarvan ictimai birlik yaradıb 

Şair Salam Sarvan ictimai birlik yaradıb 
# 12 oktyabr 2019 11:09 (UTC +04:00)

Şair Salam Sarvan ictimai birlik təsis edib.

APA-nın məlumatına görə "Fikir" milli-mənəvi dəyərlərin təbliği ictimai birliyi artıq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Birlikdən verilən məlumata görə, yaxın vaxtlarda ciddi layihələrə start veriləcək. Əsas hədəf Azərbaycanın mədəni məkanında baş verən hadisələrə dürüst, hər cür konyunkturadan uzaq münasibətin formalaşmasına təkan vermək, təbliğ ediləcək mədəni dəyərlərin seçimində ədalətə əsaslanmaqdır.

Əsas istiqamətlərdən biri də ədəbi mühitdəki, ədəbiyyat təsərrüfatındakı böyük xaosda vicdanlı təhlillər, şəffaf müsabiqələr yolu ilə aydınlıq yaratmağa çalışmaq, ictimai rəyin çaşdırılmasına imkan verməmək, layiqlilərin haqlarını önə çəkməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR