Səfir: “Azərbaycanın gənc sənətkarlarının yunan mədəniyyətinə marağı məni sevindirir”

Səfir: “Azərbaycanın gənc sənətkarlarının yunan mədəniyyətinə marağı məni sevindirir”
# 27 aprel 2022 18:12 (UTC +04:00)

Mədəni əlaqələr ölkələri bir-birinə yaxınlaşdırır. Azərbaycanın gənc sənətkarlarının yunan mədəniyyətinə olan marağı məni sevindirir.

Bunu APA-ya açıqlamasında Yunanıstanın Azərbaycandakı səfiri Nikos Piperikos deyib.

Mədəniyyət və İncəsənət Universitetində keçirilən Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş sərgiyə qatılan diplomat azərbaycanlı gənclərin sənət əsərlərindən təsirləndiyini qeyd edib.

“Mən yaxın gələcəkdə, xüsusilə də diplomatik münasibətlərimizin 30-cu ildönümündə belə sərgilərin, mədəni tədbirlərin təşkil olunması, ölkələrimiz, xalqlarımız arasında əlaqələrin, təmasların artmasını səbirsizliklə gözləyirəm. Musiqi, teatr sahəsində gələcəkdə layihələrin keçirilməsi ilə bağlı bəzi planlar var. Mədəniyyət sahəsində səmərəli əməkdaşlıq üçün çoxlu imkanlar var və biz bu imkanlardan istifadə etmək, yunan mədəniyyətini Azərbaycan ictimaiyyətinə göstərmək istəyirik”, - səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR