Şəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq qoruğunda əsgər kazarmaları bərpa edilib

Şəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq qoruğunda əsgər kazarmaları bərpa edilib
# 17 mart 2023 11:22 (UTC +04:00)

Şəkinin tarixi hissəsində yerləşən "Yuxarı Baş" Milli Tarix-Memarlıq qoruğunda yerləşən əsgər kazarmaları bərpa edilib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Qeyd olunub ki, kazarmalardan biri sözügedən qoruğun inzibati binası, digəri isə rəsm qalereyası kimi fəaliyyət göstərməyə başlayıb.

Həmçinin Dövlət Turizm Agentliyinin tabeliyində olan "Xınalıq" qoruğunda yerləşən tarixi evlərin də bir hissəsinin bərpası tamamlanıb.

"Yuxarı Baş" Qoruğu ərazisində XIX əsr abidəsi olan təcridxana binası isə "Art Rezidans" kimi istifadə olunmaq üçün hazırda bərpa edilir.

Yuxarı Karvansaray və Aşağı Karvansaray abidələrinin gələcəkdə özəl biznes strukturlarının cəlb edilərək istifadə edilməsi planlaşdırılır.

Bundan başqa, digər kazarma binası isə artıq bərpa edilərək "ABAD" keramika mərkəzi tərəfindən istifadə edilir. XIX əsr abidəsi kimi dövlət mühafizəsinə götürülmüş digər memarlıq abidəsi olan Təcridxana binası isə hazırda onlarla Şəki sənətkarının toplandığı "Sənətkar Evi" kimi istifadə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR