Şövkət Ələkbərovanın xatirə gecəsi keçiriləcək 

Şövkət Ələkbərovanın xatirə gecəsi keçiriləcək 
# 26 sentyabr 2019 17:20 (UTC +04:00)

Noyabrın 16-da Heydər Əliyev Sarayında görkəmli sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın xatirə gecəsi keçiriləcək.

APA-nın məlumatına görə, gecədə Şövkət Ələkbərovanın repertuarında yer alan muğamlar, xalq və bəstəkar mahnıları Xalq və Əməkdar artistlərinin, tanınmış müğənnilərin ifasında səsləndiriləcək.

Konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR