Sumqayıtda yeni kinoteatr tikilir - FOTO

Sumqayıtda yeni kinoteatr tikilir - FOTO
# 20 iyun 2019 01:31 (UTC +04:00)

Sumqayıtda kinoteatrın tikintisinə start verilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 2-ci mikrorayonu ərazisində kinoteatrın inşasına başlanılıb. Belə ki, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş "Nizami" kinoteatrı sökülərək yenidən tikilir.

Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr ilin sonuna kinosevərlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, müstəqillik dönəmində Sumqayıtda kinoteatr sektoru ümumiyyətlə sıradan çıxmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR