Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb

Anar Kərimov

© APA | Anar Kərimov

# 15 mart 2022 10:28 (UTC +04:00)

“Biz istəyirik ki, Şuşanı fəaliyyətimizdə ana xətt kimi aparaq”.

APA xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Shusha talks" ("Şuşa söhbətləri") layihəsinin təqdimat mərasimində deyib.

“Bu gün biz önəmli bir layihəyə start veririk. Bu layihə cənab Prezident tərəfindən elan edilən "Şuşa İli"nə həsr edilib.

Şuşa mədəniyyət paytaxtımız olaraq azadlığının ikinci ildönümünü yaşayacaq. Bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandana, Ordumuza təşəkkür edirik. İstəyirik ki, "Şuşa söhbətləri" vasitəsilə Şuşanın dəyərini təbliğ edə bilək. “Şuşa söhbətləri” çərçivəsində biz müxtəlif insanları-jurnalistləri, blogerləri, tarixçiləri dəvət edəcəyik.

Bu, bir başlanğıcdır. İlboyu belə müzakirələr keçirəcəyik. Layihənin uğurundan asılı olaraq növbəti illərdə də davam etməyi düşünürük. Burada vətəndaş cəmiyyətinin iştirakı çox vacibdir”.

Nazir müzakirələrin növbəti mərhələsini Şuşada keçirməyi düşündüklərini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR