Şuşa şəhərində abidələrin bərpası ilə bağlı təlimat hazırlanıb

# 07 yanvar 2022 15:18 (UTC +04:00)

Şuşa şəhərində abidələrin “Bərpa təlimatı” hazırlanıb.

APA-nın məlumatına görə, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

O qeyd edib ki, sənəddə işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyası öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR