Şuşada abidələrə təhlükə yaradan risk faktorları müəyyənləşib

# 16 sentyabr 2022 18:59 (UTC +04:00)

Şuşada abidələrə təhlükə yaradan risk faktorları müəyyənləşib.

APA xəbər verir ki, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Şuşa şəhəri ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, abidələrə təhlükə yaradan əsas təbii risk faktorları aşağıdakılardır:
-zəlzələ;
-çay, göl və su anbarlarının daşmasının təsiri;
- eroziya (fiziki, kimyəvi və bioloji);
-. sel sularının təsiri;
-torpaq sürüşməsi;
-təbii yanğınlar.
Abidələrə təhlükə yaradan əsas antropogen (insan fəaliyyəti) risk faktorları aşağıdakılardır:
- mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılması nəticəsində geoloji mühitin pozulması;
- bitki örtüyünün məhv edilməsi;
-səs-küy, vibrasiya və ətraf mühitin təbii fiziki parametr- lərinin digər pozuntuları;
- ətraf mühitin çirkləndirilməsi;
- yanğın.

Risk faktorlarının təsirinin təzahürü abidələrin quruluşunda (təməlində, hörgüsündə, divarlarında, tavanlarında, günbəzlərində, damlarında), dekorasiyasında (divar rəsmlərində, digər bəzək elementlərində, fasadlarında), abidə yerləşən ərazinin komponent- lərində baş vermiş və ya baş verə biləcək dəyişikliklər şəklində müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR