Şuşanın UNESCO-nun İrs Siyahısına salınması təklif edilib

# 19 may 2022 17:52 (UTC +04:00)

Şuşanın UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınması təklif edilib.

APA xəbər verir ki, bu təkliflə Maltanın UNESCO üzrə Milli Komissiyasının sabiq rəhbəri Raymond Bondin Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxış edib.

O deyib ki, Şuşa UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına ən yaxşı namizəddir: “Şuşanın gözəlliyi, landşaftı və azərbaycanlıların buraya verdiyi əhəmiyyət bunu bir daha sübut edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR