Tarix-memarlıq abidələrinə müdaxilələrlə bağlı monitorinqlərə başlanılıb

Tarix-memarlıq abidələrinə müdaxilələrlə bağlı monitorinqlərə başlanılıb
# 02 sentyabr 2022 10:06 (UTC +04:00)

Sentyabrın 1-dən etibarən paytaxtda tarix-memarlıq abidələrinin fasadına, ümumi eksteryerinə, interyerinə, bir sözlə ilkin görünüşünə edilən müdaxilələrlə bağlı operativ monitorinq tədbirlərinə start verilib.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, istənilən qanunsuz və iznsiz müdaxiləyə qarşı ən sərt formada tədbirlər həyata keçiriləcək.

“İcra prosesi ilə bağlı protokol tərtib ediləcək, cərimələr müəyyən ediləcək və əlavə qanunsuz müdaxilələr nəticəsində dəyən zərər aradan qaldırılacaq.

Məqsədimiz heç bir fiziki və ya hüquqi şəxsi cərimələmək olmasa da, çevik tədbirlər üçün SOS təbilini elan etmək zamanı yetişib”, - məlumatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR