Tarixi tikilidə aparılacaq təmir-bərpa işlərinin layihəsi Dövlət Xidmətinə təqdim olunub

Tarixi tikilidə aparılacaq təmir-bərpa işlərinin layihəsi Dövlət Xidmətinə təqdim olunub
# 05 oktyabr 2022 09:55 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Səbail rayonu, Neftçilər prospekti 51 ünvanında yerləşən tarix-memarlıq abidəsi olan binada qanunvericiliyin tələbləri gözlənilmədən təmir-bərpa işlərinin aparılması barədə məlumat yayıb.

Dövlət Xidmətindən APA-ya verilən xəbərə görə, “Tarix-mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq edilən xəbərdarlıqdan sonra həmin binada yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tarixi tikilidə aparılacaq təmir-bərpa işlərinin layihəsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırılması üçün təqdim olunub.

Artıq qanunvericiliyin tələblərinə uyğun şəkildə həmin layihəyə mütəxəssislər tərəfindən baxılaraq rəy verilməsi işinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR