Tbilisidə “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” mövzusunda konfrans keçirilib - FOTO

Tbilisidə “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” mövzusunda konfrans keçirilib - FOTO
# 21 iyun 2019 22:56 (UTC +04:00)

Tbilisidə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu və Azərbaycan Diaspor İnformasiya Mərkəzi tərəfindən Gürcüstan-Azərbaycan əlaqələrinə həsr olunan beynəlxalq konfrans keçirilib.

APA xəbər verir ki, Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində reallaşan və “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” mövzusunda Beynəlxalq Konfrans adı altında keçirilən konfransda Gürcüstanın tanınmış politoloqları, ekspertlər, QHT və media rəhbərləri iştirak edib.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva konfransı açaraq iki ölkənin dostluq münasibətlərinin tarixinə nəzər salıb, bu cür tədbirlərin xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirdiyini qeyd edib.

Konfransın moderatoru – Rustavi-2 televiziyasının teleaparıcısı Ceyhun Narzalov layihə haqqında iştirakçılara qısa məlumat verib.

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər çıxış edərək, Azərbaycan-Gürcüstan əlaqələrindən və ortaq lahiyələrdən danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qrupu, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən 2 aylıq layihə çərçivəsində hazırlanan “DANIŞIR XOCALI” – sənədli film” layihəsi və bu layihə çərçivəsində reallaşan konfrans haqqında danışan Aqil Ələsgər bildirib ki, “Bizim əsas məqsədimiz tarixən dost və qardaş ölkə olan Gürcüstanla əlaqələrimizi, ümumi maraqlarımızı və gələcək perspektivlərimizi müzakirə etmək, eyni zamanda, əsrlər boyu xalqımızın başına gətirilən müsibətlər, ortaq problemlərimiz barədə daha geniş məlumat verməkdən ibarətdir. Belə bir strateji layihəmizi dəstəklədiyinə görə təşkilatımız adından Şura rəhbərliyinə, katibliyinə dərin təşəkkürümü bildirirəm”.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı Səfirliyinin birinci katibi Vüqar Mustafayev iki ölkə arasında əlaqələrin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolundan bəhs edib.

Daha sonra çıxış edən Tazdreli Fondunun prezidenti, Gürcüstan-Qafqaz Strateji Araşdırmaları İnstitutunun eksperti Teimuraz Toumanişvili, Beynəlxalq Qara dəniz Universitetinin professoru Nika Çitadze, tarixçi alim Guram Markhulia, araşdırmaçı jurnalistİrma Mesşi, yazıçı Beka Korşiya, jurnalist Sopho Mtivlişvili, Gürcüstan Azərbaycanlıları Konqressinin sədri Hüseyn Yusifov, Azərbaycan Diaspor İnformasiya mərkəzinin direktoru Toğrul Allahverdili və digərləri çıxış edərək mövzu ətrafında məruzələr etdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR