“Tiflisdən Payneyə” filminin təqdimatı olub

“Tiflisdən Payneyə” filminin təqdimatı olub
# 02 iyul 2019 16:40 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsində “Tiflisdən Payneyə” filminin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, film şair Mirzə Şəfi Vazehin 225 və alman şairi Fridrix fon Bodenştedin 200 illik yubileyinə həsr edilib.

Komitə sədri Fuad Muradov çıxış edərək belə bir filmin yaradılmasının əhəmiyyətindən danışıb: “Azərbaycan dövləti hər zaman öz vətəndaşına, ədəbiyyatına qayğı ilə yanaşıb. İstər ölkə başçısı, istərsə də birinci Vitse-prezident yaradıcı insanlara hər zaman xüsusi diqqət göstərir. Azərbaycan prezidentinin “Mirzə Şəfi Vazehin 220 illiyinin keçirilməsi haqqında” 3 fevral 2014-cü il tarixli sərəncamı da bunun bariz nümunəsidir”.

“Tiflisdən Payneyə” sənədli filminin ideya müəllifi, Alman-Azərbaycan Cəmiyyətinin sədri Professor Çingiz Abdullayev, filmin yaranması və ideyası haqqında məlumat verib.

Sənədli filmin nümayişindən sonra akademik Teymur Kərimli, Mirzə Şəfi Vazeh irsinin təqdiqatçısı, professor Akif Bayramov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, ARB TV “Aranfilm” Yaradıcılıq Birliyinin bədii rəhbəri Tahir Tahiroviç və başqaları ekran əsərinin məziyyəti barədə danışıblar.

Sonda filmin ssenari müəllif Yasəmən Quliyevaya diplom, yaradıcı heyətin üzvlərinə isə xatirə hədiyyələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR