Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək

Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək
# 02 aprel 2022 19:20 (UTC +04:00)

Heydər Əliyev Sarayında Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək.

Bu barədə APA-ya Heydər Əliyev Sarayının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 29 saat 19.00-da Sarayın “Əbədiyaşarlar” layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş “Bizi yaşadan nəğmələr” adlı konsert proqramı hazırlanır.

Gecədə bəstəkarın unudulmaz nəğmələrini Azərbaycanın tanınmış incəsənət nümayəndələri ifa edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR