"Türk xalqlarında Novruzun yeri" beynəlxalq elmi konfransı keçirilib - FOTO

"Türk xalqlarında Novruzun yeri" beynəlxalq elmi konfransı

© APA | "Türk xalqlarında Novruzun yeri" beynəlxalq elmi konfransı

# 10 mart 2022 11:49 (UTC +04:00)

Türk xalqlarında Novruz ənənəsi və Novruzun yerinə həsr olunmuş sərgi və Beynəlxalq Elmi Konfrans baş tutub.

APA xəbər verir ki, AMEA-da təşkil olunan tədbirdə türk xalqları səfirliklərinin nümayəndələri ilə yanaşı, bir sıra mədəniyyət və ictimaiyyət nümayəndələri də iştirak edib.

Tədbiri giriş sözü ilə açan AMEA vitse-prezidentinin vəzifəsini icra edən, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva Novruz adət-ənənəsinin etnik vacibliyindən bəhs edib: "Ulu əcdadlarımızdan qalan bu mirası türk xalqları həmişə qoruyub, ənənə kimi davam etdirib. Hətta Sovet hökuməti dövründə belə bu ənənə milli bayram kimi qeyd olunub".

AMEA Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov isə Novruzun bayram kimi UNESCO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilməsinin əhəmiyyətini vurğulayıb.

Çıxışlar bitdikdən sonra tədbir sözügedən xalqların Novruz adət-ənənəsi, milli geyim və mətbəxlərinin nümayişi ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR