TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edəcək

TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edəcək
# 04 sentyabr 2019 11:51 (UTC +04:00)

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesinə çıxıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, kollektiv səfərə Qazaxıstandan başlayıb. Orkestr avqustun 27-dən sentyabrın 2-dək Qazaxıstanın Türkistan, Şımkent, Taraz şəhərlərində konsertlər verib. Kollektiv sentyabrın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə çıxış edəcək. Ayın 6-da yenidən Qazaxıstana qayıdaraq kollektiv Almatı şəhərində konsert verəcək.

Daha sonra kollektiv Bakıya gələcək. Sentyabrın 9-da TÜRKSOY-un Gənclər Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış edəcək.

Qeyd edək ki, 2010-cu ildə yaradılan orkestr dünyanın müxtəlif şəhərlərində 60-a yaxın konsert verib. On ölkəni təmsil edən gənc ifaçılardan ibarət orkestrə üç dirijor – Azərbaycandan Mustafa Mehmandarov, Qazaxıstandan Ənvər Əkbərov və Tatarıstandan Renat Salavatov rəhbərlik edirlər.

Türk dünyasının müxtəlif ölkələrindən gənc sənətçilərin bir araya gəlməsi ilə yaradılan orkestrin konserti sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Qazaxıstanda keçirilən konsertlərdə çıxış edərək, gənc istedadların bu konsertlər vasitəsilə türkdilli ölkələrin bəstəkarlarını dünyaya tanıtdıqlarını bildirib. Baş katib orkestrin turnesinin Türk Şurasının yaradılmasının 10 illiyinə həsr olunduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR