UNESCO-nun baş direktoru Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub

UNESCO-nun baş direktoru Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub
# 30 iyun 2019 14:20 (UTC +04:00)

Bu gün Azərbaycanda səfərdə olan UNESCO-nun baş direktoru Odre Azule Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub.

APA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, əvvəlcə O. Azule qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb.

O.Azule Qobustanın qədim tarixi olduğunu, insanların bu məkana qarşı xoş münasibətinin şahidi olduğunu bildiri.

UNESCO-nun baş direktorunun diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib.

Səfər çərçivəsində UNESCO-nun baş direktoru Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Asossiasasının təşkilatçılığı ilə keçirilən qadınların əl işlərindən ibarət “Göz nuru, əl əməyi” adlı sərgi ilə tanış olub. Həmçinin təşkil olunan “Qavaldaş” adlı zərb çalğı alətlərinin müxtəlif növlərində ifalar dinləyib, “Uşaq və Gənclərin II Respublika Festivalı” Müsabiqəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR