UNESCO-nun Ümumdünya İrs Komitəsinin 44-cü sessiyası Çində keçiriləcək

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 44-cü sessiyası Çində keçiriləcək 
  • Clock-gray 12:30
  • calendar-gray 09 İyul 2019

İyulun 9-da UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda davam edir.

APA-nın məlumatına görə, sessiyanın növbəti iclasında Ümumdünya İrs Komitəsinin cari və növbəti iki il üçün büdcə məsələlərinə baxılıb. 

Maliyyə və inzibati məsələlərin müzakirəsi zamanı 2018-2019-cu illər üçün büdcənin icrasına dair hesabat və Dünya İrs Fonduna 2020-2021-ci illər üçün büdcə təklifləri nəzərdən keçirilib. 

Bildirib ki, sessiya çərçivəsində İşçi Qrupunun bir sıra görüşləri olub və burada bir sıra təkliflər səsləndirilib. Norveç, Tunis, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina və digər ölkələrin nümayəndələrinin çıxışları dinlənilib. İşçi qrupunun işi müsbət qiymətləndirilib.

Sonra Ümumdünya İrs Siyahısında olan Ekvatorun Qalapaqos milli parkı, Qvatemalanın Antiqua xristian dini məbədi, Nigeriyanın Aqades tarixi mərkəzi, Seyşel adalarında yerləşən Valle-de-Mo təbii qoruğunun bərpası və konservasiyası, idarə olunması ilə bağlı beynəlxalq yardımın artırılmasının vacibliyi vurğulanıb.

Daha sonra Dünya İrs Komitəsinin 2020-ci ildə Çinin Fuçjou şəhərində keçiriləcək 44-cü sessiyasının ilkin gündəliyi təsdiqlənib, sədr, sədrin müavinləri və məruzəçi seçilib.

Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası sabah yekunlaşır. 
 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date