Vaxtanq Kikabidze Tbilisidə dəfn olunub - VİDEO - YENİLƏNİB

Vaxtanq Kikabidze Tbilisidə dəfn olunub - VİDEO  - YENİLƏNİB
# 19 yanvar 2023 15:44 (UTC +04:00)

Sovet və Gürcüstan incəsənətinin görkəmli nümayəndəsi, əfsanəvi müğənni və aktyor Vaxtanq (Buba) Kikabidze dəfn edilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Tbilisidəki Böyük Konsert Zalında keçirilən vida mərasimindən sonra onun Gürcüstan və Ukrayna bayrağına bürünmüş tabutu son mənzilə yola salınıb.

Vida mərasimində minlərlə şəhər sakini, Gürcüstanın ictimai-siyasi xadimləri, aktyorun sənət yoldaşları, xarici ölkələrin diplomatları iştirak ediblər. Vaxtanq Kikabidze Tbilisinin Vera məzarlığında dəfn edilib.

***

13:41

Gürcüstanın paytaxtı Tbilisidə məşhur incəsənət xadimi Vaxtanq Kikabidze ilə vida mərasimi yekunlaşır.

APA-nın Gürcüstan müxbiri xəbər verir ki, Vaxtanq Kikabidzenin cənazəsi Tbilisidə Böyük Konsert Zalından çıxarılaraq dəfn ediləcək.

Qeyd edək ki, müğənni, kinoaktyor, rejissor, ssenarist, Gürcüstanın xalq artisti Vaxtanq (Buba) Kikabidze yanvarın 15-də 84 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR