Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsinin nə vaxt hazır olacağı məlum olub

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsinin nə vaxt hazır olacağı məlum olub
# 18 sentyabr 2023 19:14 (UTC +04:00)

"Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi, təxminən, yarım ilə hazır olacaq".

Bu barədə APA-ya rəssamın qızı Aydan Salahova məlumat verib.

Onun sözlərinə görə, abidənin müəllifi görkəmli rəssamın qızı Alagöz Salahovadır.

Qəbirüstü abidə Tahir Salahovun rəsmlərindən ibarət kompozisiyadan ibarət olacaq.

Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahov 2021-ci il mayın 21-də Almaniyadakı xəstəxanalardan birində vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR