"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçirilib

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçirilib
# 11 oktyabr 2019 13:09 (UTC +04:00)

Oktyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində "Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbir Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Rusiya Federasiyasının Mədəniyyət nazirinin müşaviri Mixail Kojemyakin, Rusiyanın Milliyyət İşləri üzrə Federal Agentlik İdarəsinin rəisi A.O.Bulatov, Komi Respublikasının Mədəniyyət, Turizm və Arxiv İşləri naziri S.V.Yemelyanov, Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini Y.İ.Adqamova, nazir müavini - Dağıstan Respublikasının Xalq Yaradıcılıq Evinin direktoru M.V.Muqatova, Başqırdıstan Respublikası mədəniyyət nazirinin birinci müavini N.M.Lapşına və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Sevda Məmmədəliyeva açaraq qonaqları salamlayıb. O, bildirib ki, Qafqaz polietnik regiondur: "Azərbaycanda 20-dən çox etnik millət yaşayır. Bu millətlər öz etnik kimliklərini saxlamaqla yanaşı, Azərbaycan mədəniyyətinə də töhfə verməkdədirlər. Ölkədə olan bütün konfessiyaların nümayəndələri istər başqa dinlərin bayramlarında, istərsə də müsəlman bayramlarında iştirak edirlər. Təkcə Bakıda deyil, Azərbaycanın bölgələrində də katolik və provaslav kilsələri, sinaqoqlar fəaliyyət göstərir. Bu tolerantlıq Azərbaycan xalqının milli dəyərləri ilə bağlıdır, onun tarixi köklərindən irəli gəlir".

S. Məmmədliyeva ölkədə iki ildən bir milli azlıqların incəsənət festivallarının təşkil olunduğunu diqqətə çatdırıb: "Milli azlıqlarla bağlı ölkə siyasəti Azərbaycanı dünyada mədəni dialoq mərkəzinə çevirib. 2009-cu ildən ölkədə bir sıra beynəlxalq tədbirlər keçilir. Bundan başqa, Rusiya Federasiyası prezidenti Vladimr Putin və Azərbaycan prezidentlər İlham Əliyevin təşəbbüsü ilə iki ildən bir beynəlxalq humanitar forum keçirilir. Qeyd etmək istəyirəm ki, bu mənada Azərbaycan dünyada tolerantlıq və millətlərarası dialoqa nümunə ola bilər".

Sonra M. Kojemyakin çıxış edərək Rusiya Federasiyası Mədəniyyət naziri Vladimir Medinskinin məktubunu oxuyub.

Daha sonra Rusiyanın Milliyyət İşləri üzrə Federal Agentlik İdarəsinin rəisi A.O.Bulatov, Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini Y.İ.Adqamova və başqaları çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR