Tanınmış rəssamlar Ağdaşda 5 rayonun gəncləri üçün ustad dərsləri keçiblər

 Tanınmış rəssamlar Ağdaşda 5 rayonun gəncləri üçün ustad dərsləri keçiblər
# 23 noyabr 2012 01:29 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının üzvü olan tanınmış rəssamlar Ağdaş rayonunda yeniyetmə və gənc rəssamlar üçün ustad dərsləri keçiriblər.

APA-nın məlumatına görə noyabrın 22-də Ağdaş səhərində keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalareyasının, rayon icra hakimiyyətinin məsul şəxsləri iştirak edib.

Azərbaycan Rəssamlar İttifaqının 9 üzvü tərəfindən keçirilən ustad dərslərində Ucar, Göyçay, Ağdaş, Kürdəmir və Zərdabdan 28 uşaq, yeniyetmə və gənc rəssam iştirak etdiyi bildirilib. Regionlarda tanınmış rəssamlarla gənc istedadların görüşünün təşkil edilməsində əsas məqsədin rayonlarda təsviri sənətin inkişaf etdirilməsi, gənc rəssamlara diqqət göstərilməsi və onların incəsənətə marağının artırılması olduğu qeyd edilib.

Sonra Heydər Əliyev Parkında açıq səma altında təşkil olunan yaradıcılıq emalatxanasında gənc rəssamlar kətan üzərinə yağlı boya ilə 30-a yaxın müxtəlif mövzuda əsər çəkiblər. Həmin əsərlər 5 gün ərzində Heydər Əliyev Mərkəzində sərgilənəcəkdir. Bakıdan gələn rəssamların 16 əsəri, eləcə də Ağdaşda təşkil edilən yaradıcılıq emalatxanasında gənclər tərəfindən çəkilən rəsmlər Ağdaş Dövlət Rəsm Qalereyasının fonduna veriləcək. Gələn həftə isə belə tədbirin Mingəçevirdə də keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR