Nəriman Nərimanovun Xatirə Muzeyinin yeni ekspozisiyası açılıb - FOTO

Nəriman Nərimanovun Xatirə Muzeyinin yeni ekspozisiyası açılıb - <span style="color: red;">FOTO
# 18 may 2013 10:01 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. 18 may Beynəlxalq Muzeylər Günündə görkəmli yazıçı və ictimai xadim Nəriman Nərimanovun Xatirə Muzeyinin yeni ekspozisiyasının əsaslı təmir və bədii tərtibat işlərindən sonra açılışı olub.

APA-nın məlumatına görə, ekspozisiyada bu vaxtadək məxfi saxlanan ən yeni materiallar - sənədlər, fotoşəkillər, qəzet materialları və əsl materiallar (sənədlər, fotolar, şəxsi əşyalar) nümayiş olunub.

Ekspozisiyanın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, tarix elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, bir sıra Nərimanovşünas alimlər və başqa şəxslər iştirak edib.

Nazir Əbülfəs Qarayev xatirə muzeylərinin fəaliyyətinin keçmişə insanlarda hörmət və ehtiram hissləri oyatdığını qeyd edib. Onun sözlərinə görə, bərpadan sonra muzey çox zəngin materiallarla təmin olunub: “Açılan yeni ekspozisiya Nərimanovun yaşadığı çətin dövrü tam olaraq əks etdirir. Muzeyə gələn hər bir şəxs həmin dövrün mühitini asanlıqda duya bilər. Sevinirəm ki, indiki dövrdə biz Sovet ideologiyasının formalaşdırdığı obrazdan kənara çıxaraq, Nərimanov kimi böyük şəxsiyyəti azərbaycanlı, ziyalı kimi təqdim etməyə nail oluruq. Bu gün müstəqil ölkə olaraq belə bir muzeyin fəaliyyəti bizim üçün çox əhəmiyyətlidir”.

Qeyd edək ki, ekspozisiyada Nəriman Nərimanovun həyat və fəaliyyətinin bütün dövrləri əhatə olunub, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin işıqlandırılmasına xüsusi diqqət yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR