Xızıda orta əsrlərə aid olan qala qalıqları tapılıb - FOTO

Xızıda orta əsrlərə aid olan qala qalıqları tapılıb - FOTO
# 16 may 2022 08:51 (UTC +04:00)

Xızının dağlıq Dizəvər kəndi yaxınlığında dağın başında orta əsrlərə aid olan qala qalıqları tapılıb.

APA xəbər verir ki, qədim abidə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin mütəxəssisləri və “Artefakt ovçuları” vətəndaş təşəbbüs qrupu tərəfindən aşkarlanıb.

Tarixi məkanın 3 tərəfi müdafiə məqsədilə qurulan qala divarları ilə əhatə olunub.

Bundan əlavə, həmin qayalıqların alt hissəsi gözətçi məntəqəsi kimi xidmət edən mağaralardan ibarətdir. Tapıntı yerində müxtəlif rəngli saxsı nümunələrə də rast gəlinib. Abidənin dövlət qeydiyyatına alınması və mühafizəsinin təşkili üçün işlərə start verilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna yeni tapıntı ilə bağlı müraciət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR