Xorvatiyalı şairin Azərbaycan dilinə çevrilmiş kitabının təqdimatı olub - FOTO

Xorvatiyalı şairin Azərbaycan dilinə çevrilmiş kitabının təqdimatı olub - FOTO
# 24 yanvar 2023 19:52 (UTC +04:00)

"Baku Book Center"də xorvat şair Draqo Ştambuk ilə görüş və Azərbaycan dilinə tərcümə olunmuş "Zefir" kitabının təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, təqdimat mərasimində Xorvatiyanın ölkəmizdəki səfiri, səfirlik nümayəndələri, Milli Məclisin deputatı Qənirə Paşayeva və ölkənin mədəni-ictimai xadimləri iştirak ediblər.

Çıxış edən Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebiç şair haqqında fikirlərini bölüşüb.

"Bu, bir xorvat müəllifin Azərbaycan dilinə tərcümə olunmuş ilk kitabıdır. Niyə məhz bu kitab? Bunun iki səbəbi var: birincisi, əfsuslar olsun ki, sırf xorvat dilindən Azərbaycan dilinə professional tərcüməçi yoxdur. Ona görə də bu kitab fars dilindən tərcümə edilib. İkincisi isə, cənab Draqo xorvatların sevimli şairidir, Zefir isə onun qızının adıdır. Draqo Ştambuq yaradıcılığı 15 dilə tərcümə edilib və mükafatlandırılıb".

Draqo Ştambuk gecə ilə bağlı təəssüratlarını bölüşüb.

"Mən Bakıya dünən gəlmişəm. Şəhərlə tanış oldum və şəhərin möhtəşəmliyinə heyran oldum. Bu gecə mənim üçün özəldir. Gecənin təşkilatçılığına görə, eyni zamanda, burada olduğunuz üçün minnətdaram".

Milli Məclisin deputatı Qənirə Paşayeva da bugünkü təqdimatla bağlı fikirlərini qeyd edib.

"Kitabı oxumaq şansım olub, buna görə çox şadam. Nəticədə, mən Draqo Ştambukun yaradıcı düşüncəsi ilə tanış oldum. Bu, bir ilkdir ki, xorvat müəllif Azərbaycan dilinə tərcümə edilir. İlklər heç vaxt unudulmur. Buna görə də cənab Draqonu təbrik edirəm. Və hesab edirəm ki, xorvat dili ilə bağlı mütəxəssislərimiz yetişəcək, kitablar tərcümə ediləcək. Yəni görüləcək işlərimiz çoxdur".

Daha sonra tədbir iştirakçıları da şair haqqında təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, Draqo Ştambuk Xorvatiyanın İrandakı səfiridir. O, diplomat və şair olmaqla yanaşı, həm də həkimdir.

Kitabın Azərbaycan dilinə tərcüməsi isə İlqar Əlfioğluna məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR