XVIII əsrə aid sufi əmmaməsinin rekonstruksiyası işləri davam edir

XVIII əsrə aid sufi əmmaməsinin rekonstruksiyası işləri davam edir
# 03 iyun 2022 12:42 (UTC +04:00)

XVIII əsrin sonlarına aid sufi əmmaməsinin rekonstruksiya işlərinin ikinci mərhələsi yekunlaşıb

AMEA Milli Azərbaycan Tarixi Muzeyindən APA-ya verilən xəbərə görə, xəlvətiyə təriqətinə mənsub, XVIII əsrin sonlarına aid olan sufi əmmaməsinin üzərindəki rekonstruksiya işləri davam edir.

Hazırda əmmamənin rekonstruksiya işlərinin ikinci mərhələsi yekunlaşıb. Belə ki, əmmamənin yaşıl sarğısının alt hissəsindəki ağ parçadan və pambıq dolğudan ibarət olan element demontaj olunub. Eksponatın orijinal materiallarını və hazırlanma texnikasını saxlamaq şərti ilə təmizlənmə və dezinfeksiya işləri aparılmış, konservasiya edilərək orijinal görünüşü bərpa edilib.

Bərpa laboratoriyasının tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən eksponatın rekonstruksiya işlərinin üçüncü mərhələsinə start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR