Yaponiyanın “TATE HATORYU” qrupu Heydər Əliyev Mərkəzində performans göstərib - FOTO

Yaponiyanın “TATE HATORYU” qrupu Heydər Əliyev Mərkəzində performans göstərib - FOTO
# 03 fevral 2023 19:38 (UTC +04:00)

Yaponiya mədəniyyətini özündə əks etdirən tədbirlərin Azərbaycanda keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etməsinə böyük töhfə verir.

APA xəbər verir ki, bunu Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi bu gün Heydər Əliyev Mərkəzində Yaponiyanın “TATE HATORYU” qrupunun ənənəvi yapon qılınc döyüşü performansına həsr olunmuş tədbir zamanı deyib.

Tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri Mədət Quliyev, Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və digər rəsmi şəxslər iştirak ediblər.

Ənənəvi yapon qılınc döyüş səhnələri performansının nümayiş olunduğu tədbir Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi, "İTOCHU", "ISR AUTO", "JTI Azərbaycan" və "Landmark Baku"nun dəstəyi ilə baş tutub.

Tədbirin açılışında çıxış edən Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi qədim köklərə dayanan ənənəvi yapon incəsənəti Tate haqqında məlumat verib və bu cür tədbirlərin Azərbaycanda keçirilməsinin iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etməsinə böyük töhfə olacağına inamını vurğulayıb.

"Tate - ənənəvi yapon qılınc döyüş sənətinin səhnələşdirilmiş incəsənət formasıdır və özündə qədim samuray döyüş sənəti, rəqs və Kabuki elementlərini birləşdirən unikal xüsusiyyətlərə malikdir. Burada döyüş filmləri, eyni zamanda səhnə performansları zamanı nümayiş olunan realistik və dinamik səhnələr canlandırılır" - diplomat qeyd edib.

Təbdirdə çıxış edən, hazırda Nyu-Yorkda fəaliyyət göstərən “TATE HATORYU” qrupu indiyədək Nyu York daxil olmaqla, ABŞ-in müxtəlif ştatları və Yaponiyada çoxsaylı səhnə performansları ilə çıxış edərək, aktiv şəkildə tate incəsənət növünü təbliğ edirlər. Eyni zamanda, bir çox hadisə və döyüş filmləri üçün döyüş səhnələrinin çəkilişində də dəstək olurlar.

Tədbirin bədii hissəsində “TATE Hatoryu” qrupu qonaqlar üçün xüsusi qılınc döyüş səhnələri, samuray döyüş növü ilə musiqinin müşayiətində səlis qılınc nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR