"Yeni adlar" layihəsinin növbəti konserti keçirilib - FOTO

"Yeni adlar" layihəsinin növbəti konserti keçirilib - FOTO
# 01 aprel 2022 19:38 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsinin növbəti konserti baş tutub.

APA xəbər verir ki, tədbir zamanı Mustafa Mehmandarovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, solistlər Vurğun Vəkilov və Leyla Zeynalova çıxış edib.

Qeyd edək ki, “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, ifaçıların yetişməsinə xidmət etmək məqsədilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR