YUNESKO: Dünyada hər ay ən azı bir xalqın dili yox olur

YUNESKO: Dünyada hər ay ən azı bir xalqın dili yox olur
# 19 may 2019 12:20 (UTC +04:00)

Dünyada hər ay ən azı bir xalqın dili məhv olur.

ONA-nın məlumatına görə, bunu "RİA Novosti"-yə YUNESKO-nun şöbə müdiri Boyan Radoykov bildirib.

B. Radoykov deyib ki, ayda bir dəfə, bəzən də bir həftədə, iki həftədə dünyada bir dil sıradan çıxır: "YUNESKO məhv olmaq təhlükəsi ilə üzləşmiş dillərin atlasını yaradıb. Biz bununla həmin dilləri qorumağa və gələcək nəsillərə çatdırmağa çalışırıq. Hazırda dünyada 5-6 min arasında köklü dillər var. Böyük ehtimalla, növbəti 50 ildə dünyadakı dillərin yarısı olmayacaq. Elə dil var ki. 2-3 nəfər danışır, onlar öldükdən sonra həmin dili yaşadanlar qalmır".

Qeyd edək ki. BMT Baş Assambleyası 2019-cu ili Xalqların Dilləri İli elan edib. Məqsəd dillərin qarşılaşdığı risklərə diqqət çəkməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR