Zəfər Muzeyi üçün toplanan eksponatların sayı açıqlanıb

Zəfər Muzeyi

© APA | Zəfər Muzeyi

# 26 yanvar 2022 14:10 (UTC +04:00)

“Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi fondunun təşkili üçün ötən ilin yanvar ayından etibarən başlanılan lazımi materialların toplanılması işi hazırda davam etdirilir”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, muzeyin fondu üçün 6 000-dən çox eksponat toplanılıb: “Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyalar həm vətəndaşlar, həm də dövlət qurumları tərəfindən Azərbaycan İstiqlal Muzeyinə təhvil verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR