AzTV-də yeni Bədii Şura yaradılacaq

AzTV-də yeni Bədii Şura yaradılacaq
# 25 dekabr 2020 11:54 (UTC +04:00)

"Bu gün Azərbaycan Televiziyasının Bədii Şurası aktiv fəaliyyət göstərir. Onların hər biri ilə birbaşa təmasım var. Bəzən efirdə veriliş gedə-gedə müzakirələr aparılır, problemlər üzə çıxarılır, biz də operativ olaraq nöqsanları aradan qaldırırq”.

APA-nın məlumatına görə, bunu mətbuat konfransında "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.

R.Məmmədov artıq Bədii Şuranın 2 illik fəaliyyət müddətinin bitdiyini, 2021-ci ildə yeni Bədii Şura yaradılacağını vurğulayıb.

Qurumun rəhbəri Azərbaycan Televiziyasının forma və məzmun baxımından da yenilənməsinə çalışdıqlaırnı qeyd edib: “Buna görə də yeni, dinamik aparıcıların dəvət edilməsinə çalışırıq. Təəssüf ki, pandemiya bizim də bir çox işlərimizə təsir edib, lakin bununla belə inkişaf dinamikasını qoruyub saxlamağa çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR