Azərbaycan Prezidenti milli mətbuatın 145 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti milli mətbuatın 145 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 30 iyun 2020 15:27 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb ki;

- koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etsin;

- jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR