Azərbaycanda İrandan amplitud modulyasiyası ilə işləyən radiovericilərin fəaliyyəti aşkar olunub

Azərbaycanda İrandan amplitud modulyasiyası ilə işləyən radiovericilərin fəaliyyəti aşkar olunub
# 18 yanvar 2021 15:05 (UTC +04:00)

Bakı şəhəri, Abşeron yarımadası və Mingəçevir şəhəri ərazisində ümumölkə televiziya və radio proqramlarının monitorinqi aparılıb və xarici televiziya və radio yayımlarının yaratdığı interferensiyaların səviyyələri ölçülüb.

APA-nın məlumatına görə, bu, Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, aparılan monitorinqin nəticələri əvvəlki monitorinqin nəticələri ilə müqayisə olunub, fərqlər üzə çıxarılıb və nöqsanların aradan qaldırılması üçün əməli təkliflər verilib.

Monitorinqin nəticələri göstərib ki, ölçmə aparılmış ərazilərdə ölkənin televiziya proqramlarının yayımı normaldır, ölçülmüş sahə gərginlikləri minimal həddən aşağı deyil. Bununla yanaşı, ölkə ərazisində xarici ölkələrin həm televiziya, həm də radio proqramlarının geniş şəkildə yayımlanması qeyd olunub. Belə ki, İran İslam Respublikasının ərazisindən yayımlanan televiziya və radio dalğalarının yaratdıqları sahə gərginlikləri yüksəkdir və sayca çoxdur. Bu isə interferensiyaların yaranmasına səbəb olur. Müşahidə olunub ki, eyni xarici radio proqramı bir neçə xarici stansiyadan yayımlanır. İran İslam Respublikası ərazisindən amplitud modulyasiyası ilə işləyən radiovericilərin də fəaliyyət göstərdiyi aşkar olunub. Qeyd etmək lazımdır ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ölkəmizin ərazisində tətbiq olunmuş karantin və sərt karantin rejimləri səbəbindən genişmiqyaslı monitorinqlərin aparılması mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR