Dilçilik İnstitutu: KİV-də, reklam daşıyıcılarında dil normalarının pozulmasına görə cərimə tətbiq edilməlidir

Dilçilik İnstitutu: KİV-də, reklam daşıyıcılarında dil normalarının pozulmasına görə cərimə tətbiq edilməlidir
# 06 may 2020 17:03 (UTC +04:00)

“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu 2011-ci ildən kütləvi informasiya vasitələrində, reklam daşıyıcılarında radio və televiziya aparıcılarının nitqinin monitorinqini aparır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan Hüquqları və Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin bu gün keçirilən birgə iclasında ictimai dinləmələr zamanı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

O bildirib ki, indiyədək on minlərlə qüsur, nitq pozuntusu barədə keçirilən konfranslarda açıqlamalar veriblər: “Reklam daşıyıcılarında da başqa dillərdən tərcümə olunmuş reklam mətnlərində sintaktik, leksik norma pozulur. Ona görə də KİV-də, reklam daşıyıcılarında dil normalarının pozulmasına görə cərimələrin tətbiq edilməsi mütləqdir, vacibdir. Çünki bəzi qurumların rəhbərləri verilən tövsiyə və təklifləri ciddi qəbul etmir, yenə də eyni səhvlərin təkrarlanmasına yol verirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR