Gələn ilin dövlət büdcəsindən KİV-ə ayrılacaq vəsaitin həcmi məlum olub

Gələn ilin dövlət büdcəsindən KİV-ə ayrılacaq vəsaitin həcmi məlum olub
  • Clock-gray 13:01
  • calendar-gray 21 Dekabr 2020

2021-ci ilin dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə ayrılması nəzərdə tutulan vəsaitin həcmi məlum olub.

APA-nın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Kütləvi informasiya vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təmin olunması məqsədilə 2021-ci ilin dövlət büdcəsində üst-üstə 56,0 milyon manat vəsait nəzərdə tutulub.

Bu da 2020-ci illə müqayisədə 6,3 milyon manat və ya 12,7 faiz çoxdur.

Firuzə Vahid

Digər xəbərlər