KİV-in dilinə dair yeni tələb müəyyənləşir

KİV-in dilinə dair yeni tələb müəyyənləşir
# 01 aprel 2020 12:42 (UTC +04:00)

Kütləvi informasiya vasitələrinin dilinə dair yeni tələb müəyyənləşir.

APA-nın məlumatına görə, “Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanunun 6-cı maddəsinə (Kütləvi informasiya vasitələrinin dili) təklif edilən əlavəyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.

Qeyd edək ki, indiyə qədər “Kütləvi informasiya vasitələri haqqında” qanunda sadəcə, Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələrinin dövlət dilindən istifadə etməsinə dair müddəa əksini tapmışdı.

Layihə Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR