MEDİA-nın ADA Universiteti ilə təşkil etdiyi seminarların birinci mərhələsi yekunlaşıb

MEDİA-nın ADA Universiteti ilə təşkil etdiyi seminarların birinci mərhələsi yekunlaşıb
# 04 fevral 2021 14:57 (UTC +04:00)

ADA Universitetində MEDİA Agentliyi ilə birgə təşkil edilən və dövlət təşkilatlarının ictimai əlaqələr funksiyası ilə məşğul olan əməkdaşları üçün nəzərdə tutulan “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzulu silsilə seminarların birinci mərhələsi yekunlaşıb.

Agentlikdən APA-ya verilən məlumata görə, fevralın 3-də seminarların ilk mərhələsini bitirən 37 məzun sertifikatla təltif edilib.

Təltifetmə mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, media və kommunikasiya kimi vacib sahədə islahatların həyata keçirilməsində Universitetin təlim və tədqiqat potensialından istifadə edilməsi bu mənada ən qabaqcıl elmi nəzəriyyələrin və təcrübələrin tətbiqi və ADA-nın beynəlxalq əməkdaşlıq şəbəkəsindən istifadəyə imkanlar açır.

Prorektor MEDİA Agentliyi ilə tərəfdaşlığın gələcəkdə də sıx davam edəcəyinə ümidlərini ifadə edib.

İki həftə davam edən silsilə seminarların birinci mərhələsində iştirakçılar yerli və xarici media ilə əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi məsələlərini diqqətdə saxlamış, ənənəvi və sosial media ilə işə proaktiv yanaşaraq təmsil etdikləri qurumlara dair daha keyfiyyətli ictimai məzmunun yaradılması yollarını nəzərdən keçiriblər.

Seminar iştirakçıları təəsüratları ilə bölüşərək əldə etdikləri biliklərin gələcək fəaliyyətlərinə faydalı olacağını bildiriblər.

Seminarın birinci mərhələsi yerli və xarici mütəxəssislərin çıxışları, interaktiv müzakirə sessiyaları, qrup tapşırıqları və ölkənin aparıcı KİV-lərinin nümayəndələri ilə fikir mübadiləsi hissələrindən ibarət idi.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən medianın inkişafının dəstəklənməsi, bu sahədə təsisat quruculuğu işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR