MTRŞ tərəfindən 39 327,52 manat vəsait büdcəyə qaytarılıb

MTRŞ tərəfindən 39 327,52 manat vəsait büdcəyə qaytarılıb
# 18 yanvar 2021 14:57 (UTC +04:00)

Milli Televiziya və Radio Şurası tərəfindən dövlət büdcəsindən maliyyələşmiş vəsaitdən 39 327,52 (otuz doqquz min üç yüz iyirmi yeddi manat əlli iki qəpik) vəsait büdcəyə qaytarılıb.

APA-nın məlumatına görə, bu, Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə Maliyyə Hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, Milli Televiziya və Radio Şurasına hesabat ilində illik plana əsasən, dövlət büdcəsindən 1 364 581,00 (bir milyon üç yüz altmış dörd min beş yüz səksən bir) manat vəsait ayrılması nəzərdə tutlsa da, dürüstləşmiş büdcə kimi dövlət büdcəsindən 1 326 663,00 (bir milyon üç yüz iyirmi altı min altı yüz altmış üç) manat vəsait ayrılıb.

İl ərzində büdcədən maliyyələşdirilmiş vəsaitin isə 1 226 205,48 (bir milyon iki yüz iyirmi altı min iki yüz beş manat qırx səkkiz qəpik) manatı təyinatı üzrə istifadə olunub.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 3 000 000 (üç milyon) manat vəsait ayrılıb və altı özəl telekanalın hesabına köçürülüb.

Dövlət büdcəsindən maliyyələşmiş vəsaitdən 39 327,52 (otuz doqquz min üç yüz iyirmi yeddi manat əlli iki qəpik) vəsait büdcəyə qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR