MTRŞ: Ölkəmizin işğal olunmuş ərazilərindən yayımlanan TV və radio dalğalarının yaratdığı sahə gərginliyi yüksəkdir

MTRŞ: Ölkəmizin işğal olunmuş ərazilərindən yayımlanan TV və radio dalğalarının yaratdığı sahə gərginliyi yüksəkdir
# 30 dekabr 2019 16:07 (UTC +04:00)

“Azərbaycan Respublikasının əksər ərazilərində ölkə televiziya və radio proqramlarının monitorinqi aparılmış və xarici televiziya və radio yayımlarının yaratdığı interferensiyaların səviyyələri ölçülüb. Ölçmələr ölkəmizin efir məkanının qorunması ilə əlaqədar olan təşkilatların nümayəndələri ilə birgə aparılıb. Ölçmələrin nəticələrinə əsasən müvafiq aktlar tərtib olunub”.

APA-nın xəbərinə görə, bu, Milli Televiziya və Radio Şurasının (MTRŞ) illik hesabatında əksini tapıb.

Aparılan monitorinqin nəticələri əvvəlki monitorinqin nəticələri ilə müqayisə olunub, fərqlər üzə çıxarılıb və nöqsanların aradan qaldırılması üçün əməli təkliflər verilib: “Monitorinqin nəticələri göstərib ki, ölçmə aparılmış ərazilərdə ölkəmizin televiziya proqramlarının yayımı normaldır, ölçülmüş sahə gərginlikləri minimal həddən aşağı deyil. Lakin ölkəmizin radio proqramlarının FM yayımı hələlik lazımi səviyyədə deyil”.

Bununla yanaşı, ölkəmizin ərazisində xarici ölkələrin həm televiziya, həm də radio proqramları geniş şəkildə yayımlanması qeyd olunub: “Belə ki, cənub bölgəsində İran İslam Respublikası, cənub-qərb bölgəsində isə həm İran İslam Respublikası, həm də ölkəmizin işğal olunmuş ərazilərindən yayımlanan televiziya və radio dalğalarının yaratdıqları sahə gərginlikləri yüksəkdir və sayca çoxdur. Bu isə interferensiyaların yaranmasına səbəb olur. Xüsusən cənub-qərb bölgəsində ölkəmizin bir necə FM proqramı yayımlandığı ərazilərdə xarici radio proqramlarının FM yayımı 10-a yaxın xarici stansiyadan aparılmaqdadır. Müşahidə olunmuşdur ki, eyni xarici radio proqramı bir neçə xarici stansiyadan yayımlanır. İran İslam Respublikası ərazisindən amplitud modulyasiyası ilə işləyən radiovericilərin də fəaliyyət göstərdiyi aşkar olunmuşdur.

Aparılan monitorinqlərin nəticələri ölkəmizin müxtəlif aidiyyatı təşkilatlarından olan mütəxəssislərlə birgə təhlil olunmuş, müvafiq hesabat və təkliflər hazırlanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR