Prezidentin köməkçisi: “Türk Şurasına üzv dövlətlərin media agentlikləri arasında əlaqələrin qurulması çox vacibdir”

Prezidentin köməkçisi: “Türk Şurasına üzv dövlətlərin media agentlikləri arasında əlaqələrin qurulması çox vacibdir”
# 10 aprel 2021 16:26 (UTC +04:00)

“Dövlət informasiya resursları ilə bərabər ölkələrimizin özəl media resurslarının da əməkdaşlığa cəlb edilməsinə çox ehtiyac var”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi deyib ki, özəl media - istər televiziya, istər onlayn media, çap mediasının da malik olduğu resursları bir araya gətirməyə ehtiyac var: “Daha da geniş şəkildə işıqlandırma bununla təmin olunacaq. Eyni zamanda, biz Media Forum konsepsiyası barədə də düşünürük ki, media nümayəndələrimiz burada bir araya gəlsinlər. Necə ki, biznes forumlar keçirilir, biznes nümayəndələrimiz arasında birbaşa əlaqələr qurulur. Bizim çalışdığımız odur ki, dövlət media resurslarımızla bərabər forumlar çərçivəsində də ölkələrimizin özəl media nümayəndələri və təmsilçiləri arasında birbaşa əlaqələr qurulsun. Həmçinin bu gün qeyd olundu ki, müzakirələr əsnasında ölkələrimiz arasında media agentlikləri tərəfindən ilkin mənbədən olmayan məlumatlara istinadlar çoxdur. Buna görə də bizim ölkələrimizin media agentlikləri arasında əlaqələrin qurulması da çox vacibdir ki, ölkələrimizin həqiqətləri barədə birbaşa mənbələrdən obyektiv və dəqiq məlumatlar əldə edilmiş olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR