Real TV-nin 3 yaşı tamam olur

Real TV-nin 3 yaşı tamam olur
  • Clock-gray 10:41
  • calendar-gray 15 Mart 2021

Bu gün Real TV-nin ad günüdür.

APA-nın məlumatına görə, telekanalın 3 yaşı tamam olur.

“Real Təhlil İnformasiya Mərkəzi” MMC 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb.

2018-ci il martın 15-dən sentyabrın 16-dək Real TV 19 saat ərzində (saat 08:00-dən 02:00-yədək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edib.

17 sentyabr 2018-ci ildən 24 saatlıq yayıma keçib.

23 aprel 2019-ci ildə "Real TV" Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin qalibi elan edilib, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.

Real TV təkcə Azərbaycan auditoriyasını deyil, həm də dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur.

Kanal həm kabel televiziyalarında, həm də peyklə yayımlanır.

Real TV-yə tanınmış jurnalist Mirşahin Ağayev rəhbərlik edir.

apa-logo-mini

Digər xəbərlər