TƏBİB: Koronavirusa yoluxan jurnalist Əmrah Fəqanoğlu süni tənəffüs cihazına qoşulub, vəziyyəti ağırdır

TƏBİB: Koronavirusa yoluxan jurnalist Əmrah Fəqanoğlu süni tənəffüs cihazına qoşulub, vəziyyəti ağırdır
# 22 iyul 2020 14:51 (UTC +04:00)

İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə, pasiyent süni tənəffüs cihazına qoşulub, intensiv terapiya şöbəsində müalicəsi davam etdirilir: "Hələlik müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil".

İTV-dən APA-ya verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu hazırda klinikada həkimlərin nəzarəti altındadır: "Süni nəfəs aparatına qoşulan əməkdaşımızın vəziyyəti barədə rəhbərlik tərəfindən mütəmadi olaraq həkimlərlə əlaqə saxlanılır. Onun tezliklə sağalıb sıralarımıza qayıtması üçün dua edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR