Xəbər saytları evdən işləyəcək, TV və radiolara isə məhdud sayda işçi cəlb etməsi tövsiyə olunub

Xəbər saytları evdən işləyəcək, TV və radiolara isə məhdud sayda işçi cəlb etməsi tövsiyə olunub
# 04 iyun 2020 17:21 (UTC +04:00)

“Xəbər saytlarının evdən işləməsi mümkündür”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, fəaliyyətinə icazə verilən televiziya və radio qurumlarının məhdud sayda işçi cəlb etməsi məqsədəuyğundur: “Televiziyalara tövsiyə edilib ki, müsahibələr onlayn qaydada götürülsün. Zəruri halda isə televiziyalar Operativ Qərargaha müraciət etməlidirlər. Fəaliyyətinə icazə verilən televiziya və radio qurumlarına bu barədə məlumat verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR