Azərbaycan Prezidenti KİVDF-yə 1 milyon manat ayırıb - SƏRƏNCAM

Azərbaycan Prezidenti KİVDF-yə 1 milyon manat ayırıb - SƏRƏNCAM
# 22 iyul 2019 12:50 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamla Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR